Baku Cup-2013: Daha yeddi qalib müəyyənləşdi
24 iyul 2013 22:23
Xəbər verildiyi kimi, Bakı Tennis Akademiyasında qadınlar arasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup-2013” Beynəlxalq tennis turniri keçirilir. Azerisport.az xəbər verir ki, iyulun 24-də əsas mərhələnin yeddi oyunu keçirilib.
Həmin oyunların nəticələrinə əsasən Şanelle Şepers (Cənubi Afrika Respublikası), Katerina Kozlova (Ukrayna), Elina Svitolina (Ukrayna), Donna Vekiç (Xorvatiya), Aleksandra Kadantu (Rumıniya), Qalina Voskoboyeva (Qazaxıstan) və Uns Jabeur (Tunis) növbəti mərhələyə keçiblər.
İyulun 28-dək davam edəcək turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Hollandiya, Xorvatiya, Yunanıstan, Tunis, ABŞ, Özbəkistan, Sloveniya, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.