Baku Cup-2013-ün finalçıları bəlli oldu
27 iyul 2013 18:26
Bakı Tennis Akademiyasında qadın idmançılar arasında “Baku Cup–2013” beynəlxalq tennis turnirinin yarımfinal oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mərkəzi kortda polşalı Maqda Linette ilə İsrailli Şahar Peer qarşılaşıblar.
Rahat və üstün oyun nümayiş etdirən Ş.Peer rəqibini 2:0 (6:1, 6:1) hesabı ilə məğlub edib.
Digər yarımfinal görüşündə isə rumıniyalı Aleksandra Kadantu isə ukraynalı Elina Svitolina qarşılaşıb. Turnirin yeddi nömrəli favoriti olan ukraynalı tennisçi rəqibini asanlıqla - 2:0 hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
Beləliklə, israilli tennisçi Ş.Peer finalda Ukraynalı E.Svitolina ilə qarşılaşacaq .
Qeyd edək ki, final matçı iyulun 28-də mərkəzi kortda keçiriləcək.