Azərbaycan və qondarma DQR idmançıları dünya çempionatında iştirak edə bilər
19 sentyabr 2013 17:48
Oktyabrın 19-20-də Sankt-Peterburqda qarışıq döyüş növləri üzrə Ümumdünya Assosiasiyası (WMMAA) tərəfindən dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu çempionatda azərbaycanlı idmançılar da iştirak edə bilərlər.
Lakin bu, təşkilatçıların mübahisəli qərarı səbəbindən tam dəqiqləşməyib. Məsələ burasındadı ki, sözügedən yarışda qondarma Dağlıq Qarabağ Respublikasının da idmançılarının iştirakı gözlənilir. Bu üzdən də hazırda tərəflər bu məsələni yoluna qoymaqla məşğuldular.
Qeyd edək ki, Azərbaycanla yanaşı DQR də WMMAA-ya üzvdü. Hansı ki, qondarma respublika federasiyasının ofisi Xankəndində yerləşir.