WMMAA DQR bayrağını rəsmi saytından yığışdırdı
19 sentyabr 2013 18:16
Xəbər verdiyimiz kimi, oktyabrın 19-20-də Sankt-Peterburqda qarışıq idman növləri üzrə dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan idmançıları ilə yanaşı qondarma Dağlıq Qarabağ Respublikasının idmançılarının da iştirakı gözlənilir.
Hətta Azərbaycanın üzv olduğu beynəlxalq assosiasiyanın (WMMAA) rəsmi saytında sözügedən qondarma respublikanın da federasiyasının üzvlüyü qeyd olunmuşdu. Lakin Azərbaycan MMA Liqasının rəsmiləri bu barədə xəbər tutan kimi, dərhal beynəlxalq assosiasiyaya şikayətlərini və etirazlarını bildiriblər. Artıq qurumun rəsmi saytında DQR-in üzvlüyü və bayrağın yığışdırılıb. Böyük ehtimalla bu federasiyanın idmançıları dünya çempionatına da buraxılmayacaqlar.