Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarına yolasalma mərasimi keçiriləcək
19 sentyabr 2013 18:23
Sentyabrın 22-də İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəyliyi Oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, sözügedən yarışlarda Azərbaycan da böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Sabah isə saat 15:20-də Azərbaycan idmançılarının İndoneziyada keçiriləcək 3-cü İslam Həmrəyliyi Oyunlarına yolasalma mərasimi keçiriləcək.Tədbir Gənclər və idman Nazirliyinin qarşısında keçiriləcək.
Məlumatı Gənclər və idman Nazirliyinin mətbuat xidməti yayıb.