İlham Əliyev Qubada qolf-klubun açılışını edib
Ölkə başçısı klubun açılış rəmzi olan lenti kəsib.
Qolf-klubda yaradılmış şərtlərlə tanış olan ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, tikintisi keçən il başlanmış klubda 44 qolf-avtomobilinin olması barədə məlumatlandırılıblar.
Ölkə başçısı və xanımı klub ərzisini elektromobildə gəziblər.
Prezidentə qolf-klubun 92 hektar sahəsi və 75 hektarlıq meydançası olması barədə məlumat verilib. Klubun idarə binasında idman malları mağazası və kafe var. Bu idman kompleksinin Cənubi Qafqazda analoqu yoxdur. Qolf meydançası regionda 18 oyuqlu ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılıb. Burada həmçinin qolf üzrə müxtəlif treninqlərin keçirilməsi üçün şərait var. Azərbaycanın milli qolf-klubunda yaradılmış şərait dünya standartlarına tamamilə uyğun gəlir. Məhz bu səbəbdən gələcəkdə burada yüksək səviyyəli müxtəlif beynəlxalq yarışlar keçirilə bilər. Belə bir idman kompleksinin açılışı nəinki Qubada, hətta bütün regionda turizmin inkişafına böyük töhfə verəcək. Bu, regionda həmçinin orta və kiçik biznesin inkişafı nöqteyi-nəzərindən vacibdir.
Qolf-klubda ölkə prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri verilib. Prezident klubda yaradılmış şəraitlə bağlı məmnunluğunu bildirib və müvafiq tapşırıqlarını verib. (AzərTac)