WMMAA Azərbaycana Qarabağa görə rəsmi üzrxahlıq etdi
21 sentyabr 2013 10:49
Azerisport.az xəbər verir ki, Azərbaycan MMA liqasının müraciətindən sonra Beynəlxalq qarışıq döyüş sənəti assosasiyası öz rəsmi saytından qondarma “Dağlıq Qarabağ Respublikası” haqda məlumatları ləğv edib. Daha sonra WMMAA Azərbaycan MMA liqasına rəsmi üzrxahlıq ünvanlayıb.
“Diqqətinizə çatdırırıq ki, bizim saytın redaktoru mövcud olmayan administrativ-ərazi vahidinin bayrağını WММАА rəsmi saytında yerləşdirməklə səhvə yol verib. Bununla əlaqədar xidməti təhqiqat aparılıb və günahkar cəzalandırılıb. Adı çəkilən xoşagəlməz hadisə ilə əlaqədar bizim üzrxahlığımızı qəbul etməyinizi xahiş edirik. Ümid edirik ki, bu hadisə gələcək əməkdaşlıqda öz əksini tapmayacaq. Elan edirik ki, WММАА Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir, Sizin dövlətinizin ərazi bütövlüyünü tanıyır və Sizin ölkənizə gələcək inkişaf və çiçəklənmə arzu edir.
Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik”, məzmunlu məktub, WMMAA-nın icraçı direktoru Vladimir Xlopan tərəfindən imzalanıb.