İslam Həmrəylik Oyunlarında Azərbaycan bayrağı qaldırıldı (FOTO)
22 sentyabr 2013 15:52

İndoneziyanın Palenbanq şəhərində keçirilən 3-cü İslam Həmrəylik Oyunlarında Azərbaycan bayrağı qaldırılıb. Azerisport.az xəbər verir ki, sentyabrın 22-də səhər saatlarında olimpiya kəndində bu münasibətlə təşkil olunmuş mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Azərbaycan idmançıları, məşqçilər və nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Dövlət bayrağı Azərbaycan himninin sədaları altında ucaldılıb.
Qeyd edək ki, oyunların təntənəli açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 17:00-da Palembanq şəhərinin mərkəzi stadionunda keçiriləcək. Azərbaycan idmançıları mübarizəyə sentyabrın 23-də qoşulacaqlar