Azərbaycan yığması Avropa çempionatında 19 medal qazandı
26 sentyabr 2013 11:01
Polşada gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda iştirak edən Azərbaycan idmançıları Ruslan Musayev (51 kq) və Emil Mövsümzadə (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumi komanda hesabında 19 medalla (iki qızıl, üç gümüş və on dörd bürünc) yığmamız 16-cı yeri tutub.
Çempionatda 36 ölkədən 1600 idmançı birincilik uğrunda mübarizə aparıblar.