Məmmədov Avropa çempionu oldu
26 sentyabr 2013 11:22
Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Portu şəhərində keçirilən XIX Avropa birinciliyinə uğurla başlayıb. Azerisport.az xəbər verir ki, milli komandanın üzvü, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov birinciliyin ilk günündə qızıl medala sahib olub.
Məhəmməd Məmmədov rəqibləri Fredrik Lindstroma, Manic Miahjloya, Serpitouski Siarheyə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda Belçika təmsilçisi Ketbi Si Mohamedə şans verməyən taekvondoçumuz rəqibini 14-1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Ursu Nichita üzərində 7:2 hesabı ilə inamlı qələbə qazanan M.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Tapdıq Quliyev isə Tsangarıdes Nokolası, Georgiadis Thoması məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə Akyol Berkaya məğlub olan idmançımız yarışı bürünc medalla başa vurub.