Azərbaycan yığması Avropa çempionatından 5 medalla qayıdır
29 sentyabr 2013 11:51
Portuqaliyanın Portu şəhərində keçirilən gənclər arasında taekvondo üzrə XIX Avropa birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, gənclərdən ibarət yığma komanda baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun 13 idmançı ilə qatıldığı yarışdan 1 qızıl, 1 gümüş və 3 bürünc medalla vətənə dönürlər.
Komandanın üzvlərindən Məhəmməd Məmmədov (-55 kq) qızıl, Ayxan Tağızadə (-63 kq) gümüş, Tapdıq Ələkbərov (-68 kq), Yusif Hüseynli (-59 kq) və Elnur Məhərrəmov (+78 kq) isə bürünc medala layiq görülüblər.
Milli komandamız komanda hesabında 43 ölkə arasında dördüncü yeri tutub.
Qeyd edək ki, idmançılarımız bu gün Bakıya qayıdacaqlar.