Millinin DÇ-yə gedəcək heyəti açıqlandı
8 oktyabr 2013 00:28
Oktyabrın 19-20-də Rusiyanın Sankt-Peterburq şəhərində qarışıq döyüş növləri üzrə ilk dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışda iştirak edəcək Azərbaycan yığmasının heyəti belədi:
Etiqad Atakişiyev (70 kq),Taleh Nəcəfzadə (77 kq),Rəsul Müslümov (84 kq),İlkin Səfərov (93 kq),Zaur Hacıbabayev (120 kq).
Yalnız 66 kq-da məşqçilər heyəti qərarını qətiləşdirməyib.
Qeyd edək ki, yığma komanda səfərə oktyabrın 18-də yollanacaq.