Camalı neçə 5 ulduzlu yarış gözləyir?
9 oktyabr 2013 15:23
Təcrübəli çapar Camal Rəhimovu qarşıda yenə ciddi sınaqlar gözləyir. Bu barədə azerisport.az saytına Atçılıq federasiyasından məlumat verilib.
Məlumata görə, 2 olimpiada iştirakçımız 3 ən reytinqli (5 ulduz) beynəlxalq yarışda qüvvəsini sınayacaq.
İlk mübarizə 30 oktyabr – 5 noyabrda Fransanın Lion şəhərində baş tutacaq. Bir həftə sonra cokeyimiz 4 günlük Ştuttqart səfərinə çıxacaq.
Almaniya sınağından sonra hazırlığını bərpa edəcək Camal, mövsümü 12-15 dekabrda İsveçrənin Cenevrə şəhərində bitirəcək.
Həmyerlimizin hansı atı ilə çıxış edəcəyi yarış qabağı bilinəcək.