Azərbaycan idmançısı 20-ci oldu
16 oktyabr 2013 18:05
Estoniyanın paytaxtında fiqurlu konkisürmə üzrə gənclər arasında “Tallinn Cup-2013” adlı Qran-pri turniri keçirilib. Azerisport.az xəbər verir ki, kişilərin tək yarışında Azərbaycan idmançısı Larri Loupolover qısa proqramın və sərbəst konkisürmənin nəticələrinə əsasən 98,81 bal toplayaraq 20-ci yeri tutub.
İdmançımız yalnız Litva təmsilçisi Laurınas Vonzodası geridə qoyub.
Bu turnirdə qələbəni 210, 85 balla çinli Jin Boyanq bayram edib.