Qarabağ və Dilboz atları cıdır meydanında
17 oktyabr 2013 14:30
Oktyabrın 20-də Binə Atçılıq mərkəzində növbəti cıdır yarışı start götürəcək. Azerisport.az xəbər verir ki, saat 11:00-da, ilk mübarizədə 3 yaş yuxarı ərəb atlarında 4 iştirakçı özünü sınayacaq.
Çaparlar 1600 metr məsafə qət edəcəklər. Ən yüksək mükafat bu rəqabətdədi: 1-ci yerin sahibi 1000, 2-ci 500, 4-cü 300, 4-cü 200 manat qazanacaq.
Bundan yarım saat sonra 2-ci cıdırda 6 cokey ingilis atlarında yarışacaq. 12:00-da rəqabətə yerli - Qarabağ və «Dilboz» atları qoşulacaqlar. 5-ci cəhddə isə, artıq 4 yaş yuxarı atlar yarışacaqlar.
4-cü cıdırda Axaltəkə, 6-cıda 4 yaş və yuxarı ərəb atlarında 5 çapar mücadilə edəcək. Sözügedən məsafələrin hamısı 1800 metrdi.
Bu sınaqda baş hakim Xəndan Rəcəbli, üzvlər Rafiq Ramazanov, Yaqub Musayev, Namiq Orucov, foto finiş referisi Xalid Tağıyev, start hakimi Eldar Ağayev, tərəzidə Famil Həsənov, baytar ədalət təmsilçisi Valeh Abdullayev olacaq.