Azərbaycan çempionatı noyabr ayında keçiriləcək
19 oktyabr 2013 12:18
Noyabrın 9-10-da Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə dəstəyi ilə “Climb-Baku” dırmanma mərkəzində idman dırmanması üzrə respublika çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə çempionatın məqsədi ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək və istedadlı idmançıları üzə çıxartmaqdı.
Yarış 15 yaşdan yuxarı qadın və kişi idmançılar arasında şəxsi və komandalar üzrə keçiriləcək.
Yarışda iştirak etmək istəyən gənclər federasiyanın rəsmi saytına daxil olmaqla əlaqə saxlaya bilərlər.