Rusiyadan iki “qızıl”
21 oktyabr 2013 10:30
Rusiyada gənclər arasında universal döyüş üzrə dünya birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, idmançılarımız iki qızıl medal qazanıblar.
Öz çəki dərəcələrində Asim Əliyev (60 kq) və Rəqsanə Məmmədova (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında isə Azərbaycan komandası ikinci yeri tutub.