Sankt-Peterburqdan 1 qızıl, 1 gümüş medalla (FOTOREPORTAJ)
22 oktyabr 2013 00:15
Sankt-Peterburqda qarışıq döyüş növləri üzrə ilk rəsmi dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları 1 qızıl və 1 gümüş medal qazanıb.
70,3 kq-a qədər kateqoriyada Etiqad Atakişiyev finalda Ukrayna idmançısı Oleq Xaçaturova qalib gəlib. Digər finalçımız 93 kq-dan yuxarı çəkidə mübarizə aparan Zaur Hacıbabayev rus idmançısı Znaur Xetaqurova uduzaraq gümüş medalla kifayətlənib.