Yaşar Bəşirov: Dünya oyunlarında 2 qızıl medal gözləmirdim
25 oktyabr 2013 00:11
“Döyüş idman növləri üzrə dünya oyunlarında çox uğurlu çıxış etdik. Gözləmədiyim halda, idmançımızın hər ikisi qızıl medal qazandı”. Buna azerisport.az saytına müsahibəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
Mütəxəssisin sözünə görə, Sankt-Peterburqda təşkil olunmuş sözügedən yarışda komandanın lideri Rafael Ağayevin fərqlənəcəyinə əmin olsa da, Şahin Atamovun fəxri kürsünün ən yüksək pilləsinə çıxmasını ehtimal etməyib.
“Şahin müsbət 94 kq-da çıxış edirdi. Bu çəkidə uğur qazanmaq asan deyil. Sevindiricidir ki, Atamov ötən ay İndoneziyada keçirilmiş İslam olimpiadasında finalda uduzduğu idmançıya, bu dəfə həlledici döyüşdə qalib gəldi”.