Zabit Səmədov Badri Harinin cavabını verdi
31 oktyabr 2013 20:25
K-1 üzrə tanınmış idmançı Zabit Səmədov azerisport.az saytına müsahibəsində həmkarı Badri Harinin onun haqda dediklərinə münasibət bildirib.
Səmədovun fikrincə Hari məğlubiyyəti həzm edə bilmir: "Badri Hari məğlubiyyəti həzm edə bilmir. Bilərəkdən mediada ajiotaj yaradır ki, promouturlar bizi yenidən görüşdürsün. Bizim döyüşləri xatırlayanlar hər şeyi bilir. 2009-cu ildə mən ona nokautla uduzmuşam. 4 il sonra 2013-cü ilin martında biz yenə qarşılaşdıq və o yenə qalib gəldi. 2 ay sonra isə özü nokaut oldu. Mən sözümü noyabrın 8-dən sonra deyəcəm".