Ramin Əzizov liderliyini qoruyur
4 noyabr 2013 11:11
Azərbaycan milli komandasının lideri Ramin Əzizov (80 kq) taekvondoçuların reytinqində liderliyini davam etdirir. Azerisport.az xəbər verir ki, titullu idmançımızın hesabında 160 xal var. Bu, onun gələn ay İngiltərənin Mançester şəhərində keçiriləcək qran-pri yarışında iştirakına imkan verir.
Dumanlı Albiona aparıcı qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) da yollana bilər. O, dünya sıralamasında 100 xalla 11-cidir.