Dünya Kuboku Bakıda
5 noyabr 2013 15:15
Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək ki, bu, qarışıq döyüş növləri üzrə Dünya Kubokudur. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənovun azerisport.az saytına verdiyi məlumata görə yarış dekabrda baş tutacaq.
Turnirdə 8 ölkənin ən yaxşı döyüşçülərinin iştirak gözlənilir. Hazırda təşkilati yekunlaşmadığından Dünya Kubokunun hansı arenada keçiriləcəyi açıqlanmır. Qeyd edək ki, yarışın qalibləri Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.