Rəhimov olimpiya çempionunu qabaqladı
5 noyabr 2013 20:29
Təcrübəli çapar Camal Rəhimov Fransanın Lion şəhərində keçrilmiş ən reytinqli - 5 ulduzlu (CSIx5) qran-pri turnirində işritak edib. Azerisport.az xəbər verir ki, 50 cokeyin mübarizə apardığı sınaqda həmyerlimiz finala adlayıb.
«Uorrior» ləqəbli atı ilə çıxış edən idmançımız maneələri uğurla dəf etsə də, limiti 2 saniyə keçib. Nəticədə, o, 15-ci olub. Maraqlıdır ki, Camal gərgin rəqabətdə bir neçə titullu idmançını geridə qoyub. Bunların sırasında dünyanın 1-ci reytinqli çaparı Ben Maher, olimpiya çempionu Gerh Şloder və Avropa çempionu Roc Bosti var.
Bir həftə sonra cokeyimiz 4 günlük Ştuttqart səfərinə çıxacaq. Almaniya sınağından sonra hazırlığını bərpa edəcək Camal, mövsümü 12-15 dekabrda İsveçrənin Cenevrə şəhərində bitirəcək.