Açıq Respublika Çempionatı keçiriləcək
7 noyabr 2013 14:33
9-10 noyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” idman dırmanması mərkəzində İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək. Federasiyanın mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı xarici idmançılar da iştirak edəcək.
3 mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.