Bakıdakı GT3 yarışı 175 ölkədə göstəriləcək
7 noyabr 2013 15:12
Noyabrın 23-24-də Bakı FİA GT Seriyasinin 2013-cü il final mərhələsinə ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, Baku World Challenge FİA-nın bu il üçün ən vacib tədbiri olacaq.
Motor yarışları GT3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin Tarixi Formula 1 yarışının 15 avtomobili ilə təşkil olunub. Möhtəşəm GT3 avtomobilləri Xəzər dənizi boyunca uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 km uzunluğunda yolda - yarış dairəsində düzüləcəklər.
Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənın kanallarında göstəriləcək.