Zabit Səmədovdan növbəti qələbə (VİDEO)
9 noyabr 2013 17:00
Azərbaycanlı kikboksçu Zabit Səmədov dünən Sankt-Peterburqda keçirilmiş “Əfsanə-2” gecəsi çərçivəsində növbəti döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin rəqibi Melvin Manhof olub.
Görüş çox baxımlı keçib. Titullu idmançımız niderlandlı opponentinə güclü zərbələr etdirsə də, o, 3 raundda ayaq üstündə dayanmağı bacarıb.
Hakimlərin yekdil qərarı ilə Zabit qalib elan olunub. Bu qələbə nəticəsində, təmsilçimiz ağırçəkili kikboksçular arasında K-1 turnirin finalına vəsiqə qazanıb.
Lakin təəssüf ki, Səmədov həlledici mərhələdə döyüşə bilməyəcək. Hollandiyalı rəqibi ilə qarşılaşmada zədələnən idmançımızı xorvatiyalı Aqron Preteni əvəzləyəcək.