Zabit Səmədov bir həftə sonra məşqlərə başlayacaq
9 noyabr 2013 18:05
Azərbaycan idmançısı Zabit Səmədov bir həftədən sonra məşqlərə başlayacaq. Azerisport.az xəbər verir ki, Moskvada keçirilən "Əfsanə-2" turnirində zədələnən döyüşçünün boynunda və dizində ağrılar mövcuddu.
Amma həkimlər onun bir həftədən sonra məşqlərə başlayacağını bildirib.
Qeyd edək ki, turnirdə holland Melvin Manhufa qalib gələn həmyerlimiz zədələndiyi üçün final görüşünə çıxa bilmədi.