Taekvondoçularımız olimpiya lisenziyalı yarış ərəfəsində
14 noyabr 2013 14:03
13-15 dekabrda İngiltərənin Mançester şəhərində taekvondoçular arasında Rio olimpiadasına lisenziya xalı verən dünya qran-pri turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yarışda reytinqində ilk 36 yerdə qərarlaşan dayanq ustaları mübarizə apara biləcəklər.
Taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev əməkdaşımıza açıqlamasında deyib ki, sözügedən sınaqda 5 təmsilçimizin mübarizə aparmaq hüququ var. Bunlar Mikayıl Əliyev (58 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (+87), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizovadır (67 kq).