Baku World Challenge başa çatdı
25 noyabr 2013 11:08
Bakıda “Baku World Challenge” yarışı çərçivəsində dünya səviyyəli möhtəşəm idman şousu - klassik “Formula -1” avtomobillərinin yarışı keçirilib. Azerisport.az xəbər verir ki, “Baku World Challenge” final yarışından əvvəl keçmiş “Formula-1” pilotları Azərbaycan paytaxtında özlərini “Porsche 911 GT3-R” avtomobillərində sınayıb.
Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda baş tutub.
Yarışda 1970 və 1980-ci illərin bolidlərinin səsi tamaşaçıları heyran etmişdir.
Gərgin mübarizə şəraitində davam edən yarışın yekunlarına əsasən, finişə birinci çatan Belçikanın “Audi Club” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobilində qalib adını qazanıb. Fransanın “Hexis Racing” komandasının pilotu Kevin Estre “McLaren” avtomobilində finişə ikinci çatıb. Almaniyanın “HTP Gravity Charouz” komandasının pilotu Alon Day isə üçüncü nəticə göstərib.