Yığmamızdan 4 qızıl, 2 gümü, 6 bürünc medal
27 noyabr 2013 12:00
Rusiyanın Medın şəhərində universal döyüş üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə 38 ölkədən 312 idmançı qüvvəsini sınayıb.
İdmançılarımız uğurla çıxış edərək vətənə 4 qızıl, 2 gümüş, 6 bürünc medalla qayıdıb. Təmsilçilərimizdən Orxan Qurbanov (70 kq, layt), Nicat Əliyev (80 kq, klassik), Muradxan Fərzəliyev (85 kq, layt), Tahir Məsimov (90 kq, layt) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Qeyd edək ki, ötən il keçirilən dünya çempionatında yığmamız 1 qızıl medal qazanmışdı.