Səmədov növbəti görüşünü martda keçirəcək
30 noyabr 2013 01:39
K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü 2014-cü ilin martında keçirəcək. Azerisport.az xəbər verir ki, idmançımıza dekabrın ortalarında Yaponiyada döyüş keçirmək təklif olunsa da, məşqçilər heyəti razılaşmayıb.
Məşqçilərin fikrincə, cari il 5 döyüş keçirən Zabit Səmədovu yükləmək olmaz. Ona bir müddət istirahət lazımdı. Hazırda məşhur menecerlər ona 2 təklif irəli sürüb. Səmədov seçim etməlidi: martın əvvəlində İstanbulda və ya Los-Ancelesdə keçiriləcək Qran-Pridə iştirak. Son qərar yanvarda veriləcək.