Atçılıq Federasiyası kuboku uğrunda mübarizə həyəcanı
6 dekabr 2013 14:44
Dekabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyası kuboku uğrunda atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcək yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançısı 45 atla mübarizə aparacaq.
Yarışı Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcək. Turnirin mükafat fondu 50 min ABŞ dollarıdır. Yarış dekarbrın 15-də başa çatacaq.