ARAF Polo ailəsinə üzv oldu
7 dekabr 2013 18:06
Argentina paytaxtı Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FİP) növbəti ümumi yığıncağı baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası FİP-ə üzv olmaq üçün, namizədlik irəli sürüb.
Keçirilmiş səsvermədə ARAF yekdilliklə toplantı iştirakçılarının etimadını alıb.
Sonda ənənəyə uyğun olaraq, Azərbaycan bayrağı FİP-in prezidenti Riçard Xalilə təqdim edilib.