45 çapar 50 min ABŞ dolları uğrunda
7 dekabr 2013 18:17
13-15 dekabrda Azərbaycan Respublikası Atçılıq Federasiyası kuboku uğrunda CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin açıq manejində təşkil oluncaq yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın çapar 45 atla mübarizə aparacaqlar.
Yarışı Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcəklər. Atçılığın konkur növü üzrə keçiriləcək tədbirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdı.