Qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının heyəti açıqlandı
10 dekabr 2013 15:33
Dekabrın 14-ü Sərhədçi Olimpiya idman mərkəzində MMA (qarışıq döyüş növləri) üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanla yanaşı turnirdə daha 7 ölkənin komandası təmsil olunacaq.
Bu gün Azərbaycan yığmasının yarışda iştirak edəcək heyəti açıqlanıb: Orxan Məmmədov (70,3 kq), Vüsal Bayramov (77.1 kq), Taleh Nəcəfzadə (84 kq), Rəsul Müslümov (93 kq) və Zaur Hacıbabayev (93+ kqdan yuxarı).
Dünya çempionu Etiqad Atakişiyev zədə səbəbindən turnirdə iştirak etməyəcək. Dünya Kubokunun təntənəli açılış mərasimi şənbə günü saat 18-də olacaq. Bir gün əvvəl təşkilatçılar eləcə də qonaqlar mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Dünya Kubokunda iştirak etmək üçün Ümumdünya MMA Assosiasiyasının prezidenti Vadim Finkelşteyn və MMA-ın canlı əfsanəsi, dəfələrlə dünya çempionu olan Fyodr Yemelyanenko da paytaxtımızda olacaq.