Taekvondoçularımız lisenziya xalları uğrunda
10 dekabr 2013 11:11
Milli komandamız ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gün İngiltərənni Mançester şəhərinə yollanır. Azerisport.az xəbər verir ki, Rio-2016-ya lisenziya xalları verən yarışda öz çəki dərəcələrində reytinqləri yüksək olan taekvondoçular qatılacaqlar.
13-15 dekabrda keçiriləcək rəqabətdə fəxri kürsüyə çıxan idmançılar müvafiq olaraq, reytinq xallarını 80 (1-ci yer), 60 (2-ci yer) və 40 xal (3-cü yer) artıracaqlar.
Kişilərdən ibarət komandamıza baş məşqçi Ələkbər İmaməliyev rəhbərliyi ilə 3 dayanq ustası - Mikayıl Əliyev (58 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (+80 kq) daxildirlər.
Qadınların heyətində 1-ci məşqçi Gündüz Abdullayev 2 taekvondoçuya - Günay Ağakişiyeva (57 kq) ilə Fəridə Əzizovayə (67 kq) şans verəcək.
Milli komanda Vətənə 17 dekabrda dönəcək.