Fyodr Yemelyanenko: Ümid edirəm ki, Azərbaycan yığması azarkeşləri məyus etməyəcək
12 dekabr 2013 17:44
MMA-ın canlı əfsanəsi, dördqat dünya çempionu Fyodr Yemelyanenko azerisport.az saytına açıqlamasında Bakıya səfəri haqda danışıb: "Bakıya gəldiyim üçün çox şadam. Azərbaycanda olduğum müddətdə bir sıra vacib görüşlər keçirəcəyəm. Azərbaycan MMA Liqasının işini bəyənirəm və fikrimcə bu idman növü ölkədə daha çox tanınacaq. Şənbə günü Azərbaycan yığmasının şansları az deyil. Dünya Kubokunda medallar uğrunda mübarizə aparan komandalar arasında Azərbaycan millisi də var. Ümid edirəm ki, onlar azarkeşləri məyus etməyəcək".
Qeyd edək ki, Fyodr Yemelyanenko və Azərbaycan MMA Liqasının rəhbərliyi hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Tanınmış idmançı Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, Fyodr Yemelyanenko və Azərbaycan MMA Liqasının rəhbərliyi hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Tanınmış idmançı Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.