Camal Rəhimov Federasiya Kubokunda qələbə qazandı
17 dekabr 2013 11:12
Atçılıq Federasiyası kuboku uğrunda atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Azerisport.az saytının məlumatına görə yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançı mübarizə aparıb.
Turnirin final yarışında Gürcüstan idmançısı Gegi Metonidze “Kalista MS” ləqəbli atla qızıl medal qazanıb. Azərbaycan çaparları Nicat Səmədov “Hrisina” ləqəbli atla ikinci, Manuela Kisse “Tehran MNM” ləqəbli atla üçüncü olub.
Digər növdə Olimpiya oyunlarının iştirakçısı Camal Rəhimov “Vudi” ləqəbli atla rəqiblərindən üstün olub. İranlı Masud Moxarinezad ikinci yerə yüksəlib, Rəşad Səmədov isə üçüncülüklə kifayətlənib.