WMMAA Azərbaycan MMA Liqasını təltif etdi (FOTO)
25 dekabr 2013 11:09

Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn Azərbaycan MMA Liqasına təşəkkür məktubu göndərib. Azerisport.az xəbər verir ki, qurumun rəhbəri Bakıda keçirilən Dünya Kubokunun təşkilatçılığını yüksək qitmətləndirib və görülən işlərə görə Azərbaycan MMA Liqasının rəhbərliyinə minnətdarlığını bildiib:
"Dünya Kuboku Azərbaycanda MMA üzrə ilk beynəlxalq turnir kimi tarixə düşdü. Mötəbər yarış yüksək səviyyədə təşkil olundu. Kompleksdə çoxlu sayda azarkeşin toplaşması bizi daha da sevindirdi. Dünya Kubokunu yüksək səviyyədə təşkil etdiyinizə görə sizə təşəkkür edirəm".
Qeyd edək ki, WMMAA rəhbərliyi Azərbaycanda MMA-ın inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənovu fəxri diplomla təltif edib.