Atçılıq Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirəcək
26 dekabr 2013 16:55
Dekabrın 27-də Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"ndə Azərbaycan Respublikası Atçılıq Federasiyası ilin yekunları ilə bağlı tədbir keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə UNESCO tərəfindən "Çövkan" idman növünün Azərbaycanın maddi irsi olması ilə bağlı media nümayəndələrinə məlumat veriləcək.
17:30 da başlayacaq tədbir zamanı jurnalistlər üçün ziyafət nəzərdə tutulub. Bütün media nümayəndələri dəvətlidir.