Atçılıq idmanı federasiyasının prezidenti ili uğurlu hesab edir
27 dekabr 2013 19:19
Atçılıq idmanı federasiyasının prezidenti Elçin Quliyev 2013-cü ilin yekunlarını keçirib. Azerisport.az xəbər verir ki, Quliyev bunları söyləyib:
“Bu il bizim üçün uğurlu oldu. Bir sıra yarışlarda uğurla çıxış etdik. Əlbəttə, Camal Rəhimovun iştirakı ilə keçən bir çox yarışları qeyd etməyə dəyər. Son dəfə İspaniyada beşulduzlu yarışda o, bürünc medal qazandı. İnanıram ki, onun uğurları davam edəcək. 2014-cü ilin Azərbaycan atçılıq idmanı üçün daha da düşərli olmasını istəyirəm. Qarşıdakı 2014-cü il at ilidir. Mən də həmçinin, inanıram ki, bu il bizə uğurlar gətirəcək”.