Zabit Səmədov Mirko Filipoviçlə görüşmək istəyir
27 dekabr 2013 20:44
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov azerisport.az saytına açıqlamasında 2013-cü ili karyerasında uğurlu il adlandırıb: "Cari mövsüm mənim üçün uğurlu oldu. Bir sıra mötəbər yarışlarda qələbə qazandım. Əlbəttə, onların arasında Badri Xari üzərində qələbə daha yaddaqalan oldu. Gələcəkdə Remi Bojaskiyla, Mirko Filipovic kimi ulduzlarla qarşılaşmaq istərdim. Hazırda menecerlər tərəfindən bir neçə təklif var. Mart və aprel aylarında keçiriləcək turnirlərdən birində iştirak etməyimi istəyirlər. Hələlik bu barədə qərar verməmişəm. Yanvarda növbəti görüşümün vaxtı və yeri məlum olacaq. Çox istərdim ki, K-1 üzrə mötəbər yarışlardan biri Bakıda baş tutsun. Doğma azarkeşlər qarşısında mən də mübarizə aparım".