Ramin Əzizov Azərbaycan çempionatının qalibi oldu
27 dekabr 2013 21:44
Bu gün “Sərhədçi” idman kompleksində taekvondo üzrə Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə öz çəki kateqoriyasında Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) çempionluğu bayram edib.
Qadınların mübarizəsində Türkanə Tahirli (46 kq) və İnci Sönmez (62 kq) sevinib.