ARAF ilin ən yaxşılarını elan etdi
29 dekabr 2013 01:25
Azərbaycan Respublikası Atçılıq Federasiyasının akt zalında Federasiyanın 2013-cü ilin yekunlarına dair tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə ARAF-ın 2013-cü ildə gördüyü işlər və nailiyyətlər, ölkə daxili və xarici bir sıra beynəlxalq tədbirlərdə iştirak və nəticələri haqqında məlumat verilib.
Azərbaycan milli at üstü oyunu olan Çövkən-in Azərbaycanın Qarabağ atları üzərində oynanılan milli at üstü oyunu kimi UNESCO-nun təxirə salınmaz qorunmağa ehtiyacı olan qeyri maddi irs siyahısına daxil olunması haqqında məlumat verilib. Tədbirin yekununda Federasiyanın prezidenti Elçin Quliyev 2013-cü ilin yekunlarına əsasən bir sıra nominasiyalar üzrə idmançıları təltif edib:
İlin gənc idmançısı - Kərim Abdullayev
İlin istedadlı idmançısı - Andre Şrödn
İlin xanım idmançısı - Səbinə Səmədova
İlin jokeyi - İlqar Müseyibov
İlin məşqçisi - Azər Həmzəyev
İlin İdmançısı - Camal Rəhimov