Yığma komandamızda yeni baş məşqçi
5 yanvar 2014 00:39
Stolüstü tennis üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Federasiyadan azerisport.az saytına verilən məlumata görə, yığmanın yeni çalışdırıcısı polşalı məşqçi Leşek Kuxarski olacaq.
Mütəxəssisin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına güclü komanda formalaşdırmaq olacaq.
Qeyd edək ki, Leşek Kuxarski Azərbaycan yığmasının böyük məşqçisi Aleksandr Zudovla birgə işləyəcək.