Dünya Qran-Prisində daha bir həmyerlimiz döyüşəcək
7 yanvar 2014 19:44
Yanvarın 11-də İspaniyada qaydasız döyüş üzrə Dünya Qran-Prisinin dörddəbir final görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, görüşlərdən birində azərbaycanlı döyüşçü Tural Bayramov (72 kq) ispaniyalı Aleksandr Rodrigeslə qarşılaşacaq.
“Qələbə təqdirində Bayramov K-1 Qlobal ilə üçillik müqavilə imzalayacaq və yüksək mükafat fondu olan müxtəlif Qran-Prilərdə iştirak hüququ əldə edəcək”, deyə K-1-in Azərbaycanda təmsilçisi Elnur Məmmədov müxbirimizə bildirib.
Xatırladaq ki, iki ay qabaq digər həmyerlimiz İsmət Ağazadə Denya Qran-Prisində iştirak etmiş, ancaq startda məğlub olmuşdu.