Bakıda 15 min dollar mükafat fondu olan yarış baş tutacaq
8 yanvar 2014 14:41
Yanvarın 10-12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə atçılığın konkur növü üzrə CSI1* kateqoriyalı beynəlxalq turnir start götürəcək. Azerisport.az saytının məlumatına görə, yarışda ədaləti Türkiyə, Qazaxıstan, Rusiya və İrandan dəvət olunacaq hakimlər briqadası qoruyacaq.
Turnirin mükafat fondu 15 min ABŞ dollarıdır.