Avropa taekvondo federasiyasının prezidenti Bakıya səfər edib
3 fevral 2014 19:44

Avropa taekvondo federasiyasının (ETU) prezidenti, cənab Athanasios Pragalos ölkəmizə səfər etmişdir. Azerisport.az xəbər verir ki, səfər zamanı cənab Pragalosun Azərbaycan taekvondo federasiyasının (ATF) prezidenti cənab Kəmallədin Heydərovla görüşü baş tutmuşdur.
Tərəflər arasında razılaşmaya əsasən, ölkəmiz 1-5 may 2014-cü il tarixlərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcəkdir.
Ölkəmizə səfəri zamanı cənab Pragalos və ETU baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkmişdir.
(ATF)