Badr Hari həftəsonu Bakıda olacaq
17 fevral 2014 15:22

K-1 üzrə məşhur döyüşçü, "Qızıl oğlan" ləqəbli Badr Hari fevralın 21-də Bakıya gəlir. Azerisport.az xəbər verir ki, məşhur idmançı fevralın 23-də Bakıda təşkil olunacaq K-1 üzrə Dünya Qran-Prisində fəxri qonaq olacaq.
Onunla yanaşı, MMA və K-1-dəki qələbələriylə tanınan Melvin Manhuf də paytaxtımıza səfər edəcək. Səfər zamanı qonaqların iştirakıyla mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, yarış fevralın 23-də Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq.
Qeyd edək ki, yarış fevralın 23-də Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq.