Elnur Məmmədov: Məqsədimiz K-1 yarışını yüksək səviyyədə keçirmək, ölkəmizi layiqincə təmsil etməkdir
19 fevral 2014 17:48

K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov azerisport.az saytına açıqlamasında fevralın 23-də Bakıda keçiriləcək Dünya Qran-Prisinin final mərhələsi haqda danışıb:
"K-1 yarışı dünya standartlarına cavab verəcək. Bakıdakı yarış dünyanın 155 ölkəsində göstəriləcək. Bizim üçün sevindirici məqamdır ki, Badr Hari, Buakav Bençamek, Melvin Manhuf kimi idmançılar Azərbaycana gələcək. Azarkeşlər K-1 ulduzlarının əsl döyüşünü izləyəcək. Azərbaycan idmançıları bu yarışa uzun müddətdir hazırlaşır. Onların K-1 yarışlarından tanınması üçün bu gözəl şans olacaq. Əsas məqsədimiz dünya brendi olan K-1 yarışını yüksək səviyyədə keçirmək, gələcəkdə ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil etməkdir. Turnirin fəxri qonaqları sırasında K-1 brendinin sahibi Mayk Kim də Bakıda olacaq. Həmin gün idmansevərlər üçün əsl bayram kimi yadda qalacaq".